Birxeber.az / Həftəsonu Azərbaycanda avtomat, tapança və qumbaralar aşkarlanıb

Həftəsonu Azərbaycanda avtomat, tapança və qumbaralar aşkarlanıb

15-04-2024, 09:40

Polis əməkdaşları həftəsonu ölkə ərazisində avtomat, tapança və qumbaralar aşkarlayıblar.

Bu barədə “Birxeber.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Geri qayıt