Salyanda avtomobil aşıb, xəsarət alanlar var

Salyanda avtomobil aşıb, xəsarət alanlar var

Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Kürsəngi kənd sakinləri – 1989-cu il təvəllüdlü Rüstəmov Bilal əlibaba oğlu və Ağamalıyev Ağa Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.