Azərbaycan avarçəkəni: Olimpiadaya lisenziya qazanmaq həyatımın arzusu idi

Azərbaycan avarçəkəni: Olimpiadaya lisenziya qazanmaq həyatımın arzusu idi

Bu, həyatımın arzusu idi.

"Birxeber.Az" xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.

Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında buna nail olan idmançı çox xoşbəxt olduğunu bildirib: "Arzum gerçəkləşdi. Çox razıyam. Bundan sonra daha çox iş görmək lazımdır. Təbii ki, çox çətin idi. Güclü külək çıxışımıza mane olurdu. Ancaq bu tək mənə yox, hamıya aiddir".