Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisədə doqquz nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.