Gəncədə zəncirvarı qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə zəncirvarı qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanan "VAZ 2107", "Opel", "Toyota" və "Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.