Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb - YENİLƏNİB

Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb  - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma finalda Polşa kollektivi ilə üz-üzə gəlib.

Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

12:00

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.