Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO - YENİLƏNİB
Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.
APA-nın yerli bürosunun məlumatıma görə, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur. Hazırda axtarış işləri davam etdirilir
***
01:02
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.