UEFA Avropa Liqası və Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib

UEFA Avropa Liqası və Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, raundun ilk matçında Almaniyanın "Bayer 04" klubu İtaliyada "Roma"nı məğlubiyyətə uğradıb - 2:0.

Fransada yerli "Marsel" kolleltivi İtaliya təmsilçisi "Atalanta" ilə heç-heçə edib - 1:1.

UEFA Konfrans Liqasında isə "Aston Villa" İngiltərədə Yunanıstanın "Olimpiakos" komandasına uduzub - 2:4.

İtaliyanın "Fiorentina" klubu isə evdə "Brügge"yə (Belçika) qalib gəlib 3:2.