Gürcüstan hökuməti Müstəqillik Gününü qeyd etmək üçün 2 milyon dollar ayıracaq

Gürcüstan hökuməti Müstəqillik Gününü qeyd etmək üçün 2 milyon dollar ayıracaq

Gürcüstan hökuməti mayın 26-da Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün tədbirlərə 5,3 milyon lari (təxminən 2 milyon dollar) ayıracaq.

"Birxeber.Az" bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Mayın 26-da Müstəqillik Gününün qeyd olunması 1918-ci ildə Noe Jordaniyanın başçılıq etdiyi Birinci Demokratik Hökumət tərəfindən Gürcüstanın müstəqilliyini elan etdiyi tarixə təsadüf edir. Gürcüstanın ilk demokratik respublikasının ömrü iki il yarım davam edib.

Gürcüstan Maliyyə Nazirliyi qeyd olunan məbləği hökumət administrasiyasının ehtiyat fondundan ayıracaq.

Bu gündə tədbirlərin əsas hissəsi adətən Tbilisinin Azadlıq meydanında və Rustaveli prospektində keçirilir.