Slovakiya ABŞ-dən "Patriot"lar alacaq

Slovakiya ABŞ-dən "Patriot"lar alacaq

Slovakiya ABŞ ilə "Patriot" zenit-raket komplekslərinin alınması ilə bağlı danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə Sovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak bildirib.

O vurğulayıb ki, ölkənin bu hava hücumundan müdafiə sistemləri milli hava məkanını qorumaq üçün lazımdır.

Onların alınması üçün müqavilə Slovakiya ordusunun tarixində ən böyük müqavilələrdən biri olacaq.

Bratislava tələb olunan hava hücumundan müdafiə sistemlərinin alınmasında endirim əldə etmək üçün ABŞ-la danışıqlar aparmaq niyyətindədir.

2022-ci ildə Slovakiya "S-300" kompleksini pulsuz olaraq Ukraynaya verib. Hökumət rəsmiləri bu səbəbdən ölkənin hava məkanının mühafizəsinin xeyli zəiflədiyini deyirlər.