Bakıda məcburi köçkünlərin binasında yanğın olub, 20 nəfər təxliyə edilib

Bakıda məcburi köçkünlərin binasında yanğın olub, 20 nəfər təxliyə edilib

Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub.

Bu barədə birxeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.