Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 40% artıb
“Azərbaycanla Macarıstanın strateji əlaqələr var və bu əlaqələrin inkişafı üçün hər iki ölkənin strateji baxışı var”.
“Birxeber.Az-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto ilə görüşü zamanı deyib.
O bildirib ki, iki ölkənin ticarət dövriyyəsi 40% artıb.
Sahil Babayev əlavə edib ki, ümumilikdə hökumətlərarası komissiyaların fəaliyyətinin nəticələri müsbətdir.