İki dəfə Sovet İttifaqı Qəhrəmanı kosmonavt Vladimir Aksenov vəfat edib
Sovet pilot-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Vladimir Aksenov vəfat edib.
Birxeber.Az xəbər verir ki, bu barədə “Roskosmos” dövlət korporasiyasının "Telegram" kanalında məlumat verilib.
Aksenov “Soyuz-22” və “Soyuz T-2” kosmik gəmilərində göyərtə mühəndisi olub.
O, ilk uçuşunu 1976-cı ildə edib.
Astronavt 90 yaşında dünyasını dəyişib.