Bakıda üç nəfər yol qəzasında xəsarət alıb

Bakıda üç nəfər yol qəzasında xəsarət alıb

Bakının Nəsimi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qarayev Orxan Əbülfəz oğlu və onun həmyaşıdları Mahmudzadə Mirəli Miri oğlu, Osmanov Əli Mehdi oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.