Bakıda Əbdülvahab Salamzadə küçəsində normal gediş bərpa olunub - YENİLƏNİB

Bakıda Əbdülvahab Salamzadə küçəsində normal gediş bərpa olunub - YENİLƏNİB

Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.

00:12

Bakıda Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.

Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.