Azərbaycanda əmtəəlik qaz kondensatının istehsalı 7%-dək artıb

Azərbaycanda əmtəəlik qaz kondensatının istehsalı 7%-dək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 369,42 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 6,2% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 1 366,9 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,6% artım deməkdir.

Xatırladaq ki, 2023-ci ildə Azərbaycanda 5 215,84 min ton qaz kondensatı hasil edilib, bu da illik müqayisədə 3,92% çoxdur. Ötən il Azərbaycanda istehsal edilən qaz kondensatının 5 190,25 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 4,06% artım deməkdir.