Kreditə zaminlik - o hansı öhdəliklər yaradır?

Kreditə zaminlik - o hansı öhdəliklər yaradır?

Azərbaycandakı banklar və bank olmayan kredit təşkilatları vətəndaşlara zaminsiz kreditlər təklif etsə də, bu, müəyyən məbləğə qədər verilən kreditlərə aid olur.

Əksər hallarda kredit təşkilatları 5-10 min manatdan çox kredit götürmək istəyənlərdən təminat - adətən zamin tələb edirlər.

Bəs kreditə zaminlik hansı öhdəliklər yaradır? "Birxeber.Az" bu məsələni iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri Xalid Kərimli deyir ki, kiminsə kredit götürməsi üçün zamin duran şəxs üzərinə borcalanla birlikdə eyni öhdəliyi götürür: "Kredit götürən şəxslə ona zamin duran şəxs eyni statusda olur. Vətəndaş borcu ödəyə bilmədiyi halda, borc zamindən tələb edir. Bu səbəbdən zaminin gəlirləri borcalanla eyni qaydada yoxlanılır. Nadir hallarda banklar zaminlik üçün bir qədər yumşaq şərtlər qoyurlar".

Onun sözlərinə görə, əgər kimsə zaminliyə razı olursa, bu öhdəlik onun mərkəzləşdirilmiş kredit reyestrindəki (MKR) tarixçəsinə də düşür: "Zamin durduğunuz borc sizin kredit tarixçənizdə öhdəliyiniz kimi qeyd edilir və bir növ sizin kredit borcunuz olur. Bu zaman sizin kredit götürmək imkanlarınız nisbətən azalır. Çünki Azərbaycan Mərkəzi Bankı borcun gəlirə nisbətinə nəzarət edir. Həmin nisbət 70 %-i keçməməlidir. Bu şərt zaminlərə də aiddir. Söhbət ondan getmir ki, zamin duran şəxs kredit götürə bilməz. Sadəcə zaminliyi olan şəxsə kredit veriləndə onun zamin durduğu borc da gəlirindən çıxılır və kredit qalan hissəyə uyğun - az məbləğdə verilir".

X.Kərimli həmçinin bildirir ki, bəzi banklar zamin tələb etsə də, borcalandan həyatını sığortalamağı da tələb edir: "Əslində qanunvericilikdə belə bir tələb yoxdur, sadəcə banklar bu tələbi qoyurlar ki, sabah borcalanın başına bir iş gəlsə - yəni vətəndaş vəfat etsə və yaxud əmək qabiliyyətini itirsə borcu ilk növbədə sığorta şirkəti ödəsin. Borcalanın həyat sığortası olmadıqda isə krediti zamin qaytarmalıdır".

Digər iqtisadçı-ekspert Əkrəm Həsənov isə deyir ki, Azərbaycanda kredit borcuna zaminliyin qanunvericilikdə iki forması var: "Bunlar subsidiar zaminlik (əlavə zaminlik) və birgə zaminlikdir. 1-cisi odur ki, borcalan krediti ödəyə bilmədiyi halda, bank onu məhkəməyə verməli, borcalanın qanunla borcu ödəyə bilməməsi təsdiqləndikdən sonra borcu zamindən tələb etməlidir. Birgə zaminlikdə isə bank ödənilməyən krediti birbaşa (dərhal) zamindən tələb edir. Zamin ödəniş edib, sonradan həmin məbləği borcalandan tələb edə bilər. Azərbaycanda banklar adətən birgə zaminlik forması ilə kredit ayırır və borc ödənilmədikdə həm zamindən, həm də borcalandan ödəniş tələb edir. Bütün bunlar zaminlik müqaviləsində göstərilməli, zamin öhdəliyi hansı şərtlərlə götürdüyünü bilməlidir”.

Onun sözlərinə görə də, borcalanın vəfat etməsi zamini öhdəlikdən azad etmir: “Ola bilər ki, borcalan vəfat etdiyi zaman hansısa bir əmlakı olsun, o zaman kredit borcu həmin əmlakdan tutula bilər. Əgər vəfat edən şəxsin əmlakı vərəsələrinə keçirsə, bu halda onlar borcu ödəməlidirlər. Borcalanın əmlakı yoxdursa və yaxud kredit götürülən məbləği qarşılamırsa, bu halda ödəniş zamindən tələb olunur. Vətəndaşlar zamin olduqları zaman bu kimi halları nəzərə almalıdırlar”.

Ə.Həsənov həmçinin bildirir ki, Azərbaycanda yalnız 20-25 illik müddətə verilən ipoteka keditlərində zaminə ehtiyac olmur: "Bu kreditlərdə mütləq həyat sığortası tələb olunur. Bəzi hallarda borcalanlar həyatını sığortalamaq istəmədiyi üçün zamin vasitəsi ilə kredit götürmək istəyirlər. Buna razılaşan zaminlər ən azı kredit götürən şəxsdən həyat sığortasını tələb edə və riski azalda bilərlər. Bu halda borcalan şəxsin vəfat etməsi və yaxud əmək qabiliyyətini itirməsi hallarında sığorta şirkəti qalan ödənişi tamamlayır”.

Maliyyə Maliyyə
"TuranBank" 6 aylıq maliyyə nəticələrini elan edib – aktivləri 18 % artıb

"TuranBank" 6 aylıq maliyyə nəticələrini elan edib – aktivləri 18 % artıb

Maliyyə Maliyyə
"Bank Respublika" yeni ilə inamla başlayaraq müsbət dinamikanı davam etdirib!

"Bank Respublika" yeni ilə inamla başlayaraq müsbət dinamikanı davam etdirib!

Maliyyə Maliyyə
Pakistan IMF ilə ehtiyat sazişini razılaşdırır

Pakistan IMF ilə ehtiyat sazişini razılaşdırır

Maliyyə Maliyyə
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini 5 % artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini 5 % artırır

Maliyyə Maliyyə
İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2023)

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (31.03.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (31.03.2023)

Maliyyə Maliyyə
Nazirlər Kabineti ipoteka kreditləşməsi ilə bağlı qərarını ləğv edib

Nazirlər Kabineti ipoteka kreditləşməsi ilə bağlı qərarını ləğv edib

Maliyyə Maliyyə
"Yelo Bank"ın kredit kartı ilə biznes planlarını təxirə salma

"Yelo Bank"ın kredit kartı ilə biznes planlarını təxirə salma

Maliyyə Maliyyə
"Yaşıl Kart" Sistemi çərçivəsində sığorta haqlarının həcmi 6 dəfə artıb

"Yaşıl Kart" Sistemi çərçivəsində sığorta haqlarının həcmi 6 dəfə artıb

Maliyyə Maliyyə
ING Türkiyə lirəsinin 2026-cı ilədək rekord həddə ucuzlaşacağını proqnozlaşdırır

ING Türkiyə lirəsinin 2026-cı ilədək rekord həddə ucuzlaşacağını proqnozlaşdırır

Maliyyə Maliyyə
Sahibkarlığın İnkişafı Fonduna ilk dəfə reytinq verilib

Sahibkarlığın İnkişafı Fonduna ilk dəfə reytinq verilib