İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB-4

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB-4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın Federal Kansleri Olaf Şolts və xarici işlər naziri xanım Annalena Berbok qarşıladılar.

Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər.

Dövlət başçısı tədbirdə çıxış etdi.

Sonra Almaniyanın Federal Kansleri Olaf Şolts çıxış etdi.

11:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

"Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

11:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir.

"Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan lideri XV Petersberq İqlim Dialoqunun ikinci gününə Almaniya Kansleri Olaf Şolts ilə birgə qatılıb.

11:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir.

Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.

Əvvəlcə ailə fotosu çəkdirilib.

10:38

Almaniyanın paytaxtı Berlində XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.

"Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində aprelin 26-da keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə çıxışı gözlənilir.

Xatırladaq ki, Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşü nəzərdə tutulub.