Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gediblər - YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gediblər - YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə gediblər.

"Birxeber.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olurlar.

14:11

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.

"Birxeber.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar Xankəndi şəhəri ilə tanış olacaqlar.