Azərbaycanda IVECO yük avtomobillərinin istehsalına başlanılır
Azərbaycanda IVECO markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalına başlanılır.
Birxeber xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkından Birxeber-ya verilən məlumata görə, istehsal prosesi yeni rezident statusu alan “Az-Tex-Import” MMC tərəfindən həyata keçiriləcək.
İnvestisiya dəyəri 19,2 mln. manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.