ANAMA sədri: Dünyanın 60-dan çox ölkəsində 110 milyondan çox mina basdırılıb

ANAMA sədri: Dünyanın 60-dan çox ölkəsində 110 milyondan çox mina basdırılıb

Dünyanın 60-dan çox ölkəsində 110 milyondan çox mina basdırılıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Minatamizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan da mina problemi ilə üz-üzədir: "30 illik işğal dövründə düşmən torpaqlarımızda 1.5 milyona qədər mina basdırıb. Müharibədən dərhal sonra azad olunmuş ərazilərdə minalardan təmizləmə prosesi başlanıb".