Rumıniyanın Qara dəniz sahillərində raket parçası tapılıb
Rumıniyanın Qara dəniz sahillərində Fövqəladə Hallar Müfəttişliyinin istehkamçılar qrupu raket parçası aşkarlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tapılan sursat Müdafiə Nazirliyinin xüsusi təyinatlı strukturlarına təhvil veriləcək.
Raket parçasının Ukraynadakı münaqişə zonasından sahilə düşdüyü güman edilir.