MOK-un vitse-prezidenti: İllər keçir, Azərbaycan futbolu inkişaf edir

MOK-un vitse-prezidenti: İllər keçir, Azərbaycan futbolu inkişaf edir

İllər keçir, Azərbaycan futbolu inkişaf edir.

"Birxeber.Az"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın növbəti Konfransında deyib.

O, Azərbaycan idmanı üçün möhtəşəm günlərdən birinin keçdiyini bildirib: "Bu, illik yox, son 16 ilin hesabatına bənzəyir. İldən-ilə futbolumuz inkişafdadır. Bu günə haradan gəlib çıxdığımızı unutmamalıyıq. Hazırda Azərbaycanda möhkəm infrastruktur var. Futbolda da artıq öz sözünü demiş ölkəyik. Son illər "Qarabağ"ın Avropa arenasındakı uğurlarına şahid oluruq".

Çingiz Hüseynzadə AFFA-nın yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb: "Həmçinin əvvəlki rəhbərliyə təşəkkür edirəm. Onların əməyi sayəsində futbolumuz bu səviyyəyə çatıb. Hərdən millinin oyunları ilə əlaqədar tənqidlər olur. Bu da normal haldır. İnanıram ki, Azərbaycan futbolu bundan sonra da inkişaf edəcək".