ABŞ infrastrukturun bərpası üçün Ukraynaya 100-dən çox generator və avadanlıq verib

ABŞ infrastrukturun bərpası üçün Ukraynaya 100-dən çox generator və avadanlıq verib

ABŞ Ukraynaya 100-dən çox generator, kogenerasiya qurğuları və ondan çox təcili yardım maşını bağışlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink sosial şəbəkədə yazıb.

“Rusiyanın Ukraynanın enerji infrastrukturuna qəddar hücumlarını davam etdirməsi fonunda USAID 109 generator, 19 istilik enerji kogenerasiya qurğusu və 13 təcili yardım maşını çatdırıb”, – Brink bildirib.

ABŞ-nin Ukraynadakı səfirinin sözlərinə görə, ötürülmüş avadanlıq Dnipro, Vinnitsa, İvano-Frankivsk, Lvov, Çerkassı və Çernivtsidə xidmətlərin fasiləsiz işləməsini təmin etmək üçün işləyəcək.