"Şeffild Yunayted" İngiltərə Premyer Liqasında antirekorda imza atıb

"Şeffild Yunayted" İngiltərə Premyer Liqasında antirekorda imza atıb

"Şeffild Yunayted" klubu İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

"Birxeber.Az" xəbər verir ki, komanda cari mövsüm qapısında 92-ci qolu görməklə sona 4 tur qalmış ən pis göstəriciyə malikdir.

Əvvəlki antirekord 2007/2008 mövsümünə təsadüf edir. Həmin vaxt "Derbi" klubu 38 turdan ibarət çempionatda 89 qol buraxıb.

42 turdan ibarət 1993/1994 mövsümündə isə "Suindon Taun" 100 qolluq antirekordun sahibidir.

Qeyd edək ki, “Şeffild Yunayted” 34 oyundan sonra 16 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.