Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb

Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb

Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Corat bağlarında qeydə alınıb.

1980-ci il təvəllüdlü Teymur Şakir oğlu Məmmədovun meyiti yarımtikilidə müəyyən edilib.

Onun tüfeyli həyat yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.