Cənubi Sudanda “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb

Cənubi Sudanda “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb

Cənubi Sudanın Malakal hava limanında “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Tamazuj” radiosu məlumat yayıb.

Hadisəyə səbəb təyyarəni uçuş-enmə zolağından bir neçə metr aralıda endirən pilotun səhvi olub, təyyarənin təkərləri partlayıb və hava gəmisi çevrilib.

Qəza nəticəsində bir sərnişin xəsarət alıb.