Keçmiş məcburi köçkün: Doğma el-obamı görmək üçün səbirsizlənirəm

Keçmiş məcburi köçkün: Doğma el-obamı görmək üçün səbirsizlənirəm

“Doğma el-obamı görmək üçün səbirsizlənirəm. Bundan böyük sevinc hissi ola bilməz”.

Bunu “Report”a açıqlamasında Laçından olan keçmiş məcburi köçkün Vaqif Məmmədov deyib.

“Bu gün Laçına qayıdırıq. İllər sonra böyüyüb boya-başa çatdığımız doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir. Sevincimdən dilim də söz tutmur danışam. 38 yaşımda ailəmlə çıxmışam Laçından, bu gün isə nəvələrimlə, övladlarımıa qayıdıram öz doğma yurduma”, - deyə o vurğulayıb.

Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna təşəkkür edib, şəhidlərimizə isə Allahdan rəhmət diləyib.