Gürcüstanda yeni qanun layihəsinin əleyhdarları parlamentin binasına yürüş ediblər

Gürcüstanda yeni qanun layihəsinin əleyhdarları parlamentin binasına yürüş ediblər

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinin əleyhinə çıxanlar parlamentin binasına yürüş ediblər.

"Report"un yerli bürosu xəbər verir ki, onlar qanun layihəsinin səsvermədən çıxarılmasını tələb edərək binanı əhatə etməyi planlaşdırırlar.

Müxalifət partiyaları təxribatlara yol verməmək üçün hakimiyyəti parlamentin müvafiq komitəsini sabahkı dinləmələri təxirə salmağa çağırıb.