Birxeber.az / Cənubi Sudanda “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb

Cənubi Sudanda “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb

1-04-2024, 01:50

Cənubi Sudanın Malakal hava limanında “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Tamazuj” radiosu məlumat yayıb.

Hadisəyə səbəb təyyarəni uçuş-enmə zolağından bir neçə metr aralıda endirən pilotun səhvi olub, təyyarənin təkərləri partlayıb və hava gəmisi çevrilib.

Qəza nəticəsində bir sərnişin xəsarət alıb.

Geri qayıt