Xocalıda tapılmış məzarlığa mütəxəssislər və dövlət qurumları baxış keçirib - YENİLƏNİB

Xocalıda tapılmış məzarlığa mütəxəssislər və dövlət qurumları baxış keçirib - YENİLƏNİB

Xocalı rayonunun Qaladərəsi adlanan ərazisində tapılmış məzar yerinə mütəxəssislər və aidiyyəti dövlət qurumlarının iştirakı ilə baxış keçirilib.

Bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, ərazidə qazıntı işləri davam etdiriləcək: “Qazıntı işləri başa çatandan sonra qalıqlar Bakıya aparılacaq”.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun yaydığı məlumata əsasən, insan qalıqlarının azı 3 nəfər şəxsə məxsus olması müəyyənləşib.

11:47

Bu gün biz Xocalı rayonunun Qaladərəsi adlanan ərazisində tapılmış məzar yerinə mütəxəssislər və aidiyyəti dövlət qurumları ilə birgə baxış keçirəcəyik.

Bunu “Report”un Xocalıya ezam olunmuş əməkdaşına Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, ərazinin ilkin dəyərləndirilməsi aparılacaq.

Qeyd edək ki, ötən gün Baş Ptokurorluğun yaydığı məlumata əsasən, insan qalıqlarının azı 3 nəfər şəxsə məxsus olması müəyyənləşib.