Macarıstan XİN başçısı: Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlanılması sülhə aparan yoldur

Macarıstan XİN başçısı: Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlanılması sülhə aparan yoldur

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanılması regionda sülh və rifahın təşviqinə kömək edəcək.

“Birxeber.Az” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birgə mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, Macarıstan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırdır:

“Biz iki ölkə arasında sülhün bərqərar olmasına kömək etməyə hazırıq”.