Növbəti köç karvanı Laçın rayonuna çatıb - VİDEO

Növbəti köç karvanı Laçın rayonuna çatıb - VİDEO

Martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.

Birxeber.Az xəbər verir ki, Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

https://t.me/apa_az/82237

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndində 215 ailə, 819 nəfərin daimi məskunlaşması təmin edilib.