Göyçayda avtomobil qəzası baş verib

Göyçayda avtomobil qəzası baş verib

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Sürücü Quliyev Əli Qulu oğlu idarə etdiyi "Vaz 2106" markalı avtomobildə idarəetməni itirərək divara çırpılıb.

Nəticədə sərnişinlər Məmməd Fuad Əlişan oğlu və Abdullayev Yaşar Elvin müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Şəxslərin birinin vəziyyətinin ağır olduğunu bildirilir. Faktla bağlı araşdırma aparılır.