Meksika Prezidenti onu nəzakətsizlikdə ittiham edən Argentina liderinə cavab verib

Meksika Prezidenti onu nəzakətsizlikdə ittiham edən Argentina liderinə cavab verib

Meksika Prezidenti Andres Manuel Lopez Obrador onu nəzakətsiz adlandıran argentinalı həmkarı Xavyer Miliyə cavab verib.

“Birxeber.Az”un xarici KİV-ə istinadən xəbərinə görə, o, bu barədə “X”dəki səhifəsində bildirib.

Lopez Cənubi Amerika ölkəsinin vətəndaşlarının Milini Prezident seçməsindən təəccübləndiyini bildirib:

“Argentinalıların bu qədər ağıllı olduqları halda xalqa yuxarıdan aşağı baxan və Papa Fransisi “kommunist” olmaqda ittiham edən bir insana səs verdiklərini hələ də anlamıram”.

Meksika Prezidenti Milinin terrorçu qatil adlandırdığı Kolumbiya lideri Qustavo Petroya da dəstəyini ifadə edib.

Qeyd edək ki, martın 26-da CNN-in ispandilli versiyasına müsahibə verən Mili Lopezin ünvanına təhqiramiz sözlər işlədib.