Ermənistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Ermənistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5-ə çatıb  - YENİLƏNİB

Ermənistanda Gorus-Qafan yolunda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5-ə çatıb

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xilasetmə işləri davam edir.


***
19:11

Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində üç nəfər ölüb.

Birxeber.Az-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, hadisə Gorus-Qafan yolunda baş verib.

Hadisə zamanı 6 nəfərin yaralandığı da bildirilib.

Əraziyə xilasedicilər və təcili yardım briqadalı cəlb olunub. Fakt araşdırılır.