Biləsuvarda "TIR" minik maşını ilə toqquşub, xəsarət alanlar var
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Birxeber.Az-nın Cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.
"TIR" minik maşını ilə toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.