Çin XİN: ABŞ Ukraynaya görə Pekinə qarşı sanksiyaları dayandırmalıdır

Çin XİN: ABŞ Ukraynaya görə Pekinə qarşı sanksiyaları dayandırmalıdır

Vaşinqton Çin şirkətlərinə Rusiya hərbi-sənaye kompleksi ilə bağlı iddia edilən əlaqələrə əsaslanaraq, onlara qarşı fərq qoymadan məhdudiyyətlər qoymağı dayandırmalıdır.

Birxeber.Az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin rəhbəri Yanq Tao ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

"Çin Ukrayna böhranının təşəbbüskarı deyil və onun tərəflərindən biri deyil. Birləşmiş Ştatlar Çinə böhtan atmağı həmçinin Çin şirkətlərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməyi dayandırmalıdır", - deyə o bildirib.

Diplomat əlavə edib ki, Çin Ukraynadakı münaqişənin alovlandırmır.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Vanq İ ilə görüşdə Çinin Rusiyaya verdiyi dəstəkdən narahatlığını bildirib.