Tramp: ABŞ qeyri-qanuni miqrantlar üzündən ölür

Tramp: ABŞ qeyri-qanuni miqrantlar üzündən ölür

ABŞ qeyri-qanuni miqrantların ölkəni ələ keçirməsi səbəbindən ölür.

APA xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada ilkin seçkilərə səs verdikdən sonra jurnalistlərə bildirib.

“Ölkəmiz ölür. Ölkəmiz ələ keçirilir. Bu işğaldır. Ölkəmizi bu qanunsuz gələ insanlar ələ keçirib. Heç kim onların kim olduğunu və haradan gəldiklərini belə bilmir”, - deyə Tramp bildirib. O qeyd edib ki, artıq ölkəyə 15 milyona yaxın qanunsuz miqrant gəlib.

“Bu insanların çoxu cinayətkardır. Heç vaxt Co Bayden kimi ölkəyə bu qədər zərər verən bir prezident olmayıb. O, indiyə qədər gördüyümüz ən pis prezidentdir. Mən 5 noyabrda keçiriləcək seçkiləri səbirsizliklə gözləyirəm”, - Tramp əlavə edib.