Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub

Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İraqa səfəri çərçivəsində bu ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir "X" səhifəsində yazıb.

"Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə müzakirələr apardıq. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsinin və qarşılıqlı sərmayələrin həcminin artırılmasının əhəmiyyətini vurğuladıq", - M.Cabbarov qeyd edib.