Birxeber.az / Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub

Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub

18-03-2024, 19:40

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İraqa səfəri çərçivəsində bu ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir "X" səhifəsində yazıb.

"Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə müzakirələr apardıq. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsinin və qarşılıqlı sərmayələrin həcminin artırılmasının əhəmiyyətini vurğuladıq", - M.Cabbarov qeyd edib.

İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Baş naziri cənab Məhəmməd Şiya əs-Sudaninin (@mohamedshia) qəbulunda olduq. #Azərbaycan-#İraq #iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə müzakirələr apardıq. İkitərəfli #ticarət əlaqələrinin… pic.twitter.com/GDO6Whe9Wc

— Mikayil Jabbarov (@MikayilJabbarov) March 18, 2024
Geri qayıt