Türkiyəli mütəxəssislər işğaldan azad olunan ərazilərdə aparılan arxeoloji qazıntılara cəlb olunublar

Türkiyəli mütəxəssislər işğaldan azad olunan ərazilərdə aparılan arxeoloji qazıntılara cəlb olunublar

Türkiyəli mütəxəssislər Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan arxeoloji qazıntılara cəlb olunublar.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov dekabrın 20-də Bakıda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanla görüşdə deyib.

A.Kərimov Azərbaycanda keçirilən Türk kinosu günlərinin əhəmiyyətini qeyd edib, nümayiş olunan filmlərin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. Nazir bu kimi layihələrin, festivalların ənənə halını almasının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

A.Kərimov dekabrın 19-da Bakıda Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclasının keçirilməsi və mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqla bağlı əhəmiyyətli müzakirələrin aparılmasından məmnunluğunu bildirib. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasına iki ölkənin mədəni əməkdaşlığı kontekstində böyük önəm verdiklərini deyib. Türkiyəli qonaq komissiyanın iclaslarının il ərzində iki dəfə keçirilməsi təklifini səsləndirib. Bildirib ki, konkret sahələr üzrə sıx şəkildə fikir mübadiləsi aparılması əməkdaşlığın dinamik inkişafına daha yaxşı töhfə verə bilər.

Söhbət zamanı birgə komissiya çərçivəsində muzey, kitabxana, mədəni irs və onun qorunması, təbliği ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub. Anar Kərimov qeyd edib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarix-mədəniyyət abidələrinin bərpası və yenidən qurulması sahəsində Türkiyənin təcrübəsinə ehtiyac var. Bu sahədə fəaliyyət göstərən insanlar üçün qardaş ölkənin mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi faydalı olardı. Nazir qeyd edib ki, muzey əşyalarının bərpa və konservasiyası, mədəni irsin ixracı və idxalı, bu prosesin tənzimlənməsi mexanizmi və digər məsələlərlə əlaqədar Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq.

Görüşdə Azərbaycanda yaradıcı sənayelərin inkişafı, eləcə də Yaradıcı Sənayelər Assosiasiyasının fəaliyyəti barədə söz açılıb, mədəni turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

A.Kərimov hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də digər regionlarımızda aparılan arxeoloji qazıntılara türkiyəli mütəxəssislərin də cəlb olunduğunu bildirib. Deyib ki, bu sahədə Azərbaycanda insan resursları yetərli olsa da, müvafiq laboratoriyaların azlığı müşahidə olunur. Türkiyədə isə bu sahədə 10 laboratoriya mövcuddur və ölkəmizdə aparılan araşdırmaların nəticələrinin müəyyənləşdirilməsində qardaş ölkənin imkanlarından istifadə edilir.

Dədə Qorqud Türk Dünyası Film Festivalından danışan Anar Kərimov festivala gənclərin daha çox maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib. Deyib ki, bu festival Türk dünyası kinosunun ölkələrimiz arasında daha yaxşı təbliği baxımından diqqətəlayiq layihədir.

Ahmet Misbah Demircan da sözügedən festivalı yüksək dəyərləndirib, gələcəkdə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. Bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar. Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.

Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalara münasibət bildirib

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalara münasibət bildirib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib

Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bulvarda konsert və atəşfəşanlıq olacaq

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bulvarda konsert və atəşfəşanlıq olacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirən tamaşanın məşqlərinə başlanılıb

İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirən tamaşanın məşqlərinə başlanılıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Riqada latış dilində Şuşa haqqında kitabın təqdimatı olub

Riqada latış dilində Şuşa haqqında kitabın təqdimatı olub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bakıda tarixi abidəyə müdaxilə edənlər cərimələnib

Bakıda tarixi abidəyə müdaxilə edənlər cərimələnib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yayıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Tovuz və Daşkəsəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib 

Tovuz və Daşkəsəndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib 

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Avropanın bəzi təmsilçiləri “Avroviziya-2022”də Ukraynaya siyasi dəstək verib

Avropanın bəzi təmsilçiləri “Avroviziya-2022”də Ukraynaya siyasi dəstək verib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Ağdaşda 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb

Ağdaşda 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bakıda anti-Türkiyə filminin nümayişinin planlaşdırılmasına görə etiraz aksiyası keçirilib

Bakıda anti-Türkiyə filminin nümayişinin planlaşdırılmasına görə etiraz aksiyası keçirilib