Azərbaycan-İraq biznes forumu keçirilə bilər

Azərbaycan-İraq biznes forumu keçirilə bilər

Azərbaycanla İraq arasında biznes forumunun keçirilməsi müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İraqa səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşdük. Ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət ilə bağlı məsələləri nəzərdən keçirdik. İraqlı iş adamlarını Azərbaycandakı biznes və ixrac imkanlarını dəyərləndirmək məqsədilə ölkəyə səfərə dəvət etdik”, - deyə o qeyd edib.