"Trabzonspor" - "Fənərbağça" matçındakı hadisələrə görə 12 nəfər saxlanılıb

"Trabzonspor" - "Fənərbağça" matçındakı hadisələrə görə 12 nəfər saxlanılıb

Türkiyə Superliqasının XXX turunda keçirilmiş "Trabzonspor" - "Fənərbağça" matçından sonra baş verən hadisələrə görə 12 nəfər saxlanılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O, hələlik 12 nəfərin tutulduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşmadan sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Matç "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.