Azərbaycan İtaliyada keçiriləcək meyvə-tərəvəz sərgisində iştirak edəcək

Azərbaycan İtaliyada keçiriləcək meyvə-tərəvəz sərgisində iştirak edəcək

Azərbaycan mayın 8-10-da İtaliyanın Rimini şəhərində keçiriləcək “Macfrut 2024” beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edəcək.

“Report” xəbər verir ki, bununla bağlı İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) hazırlıqlara başlayıb.

Rimini Ekspo Mərkəzində olacaq sərgi bitkiçilik məhsullarının xarici bazarlarda satışı üçün əsas platformalardan biri sayılır.