Azərbaycan Kuboku: final oyununun stadionu müəyyənləşib

Azərbaycan Kuboku: final oyununun stadionu müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final oyununun keçiriləcəyi stadion müəyyənləşib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, görüş “Liv Bona Dea Arena”da baş tutacaq. İyunun 2-də təşkil olunacaq matçın başlama saatı, eyni zamanda digər detalları hələ bəlli deyil.