Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB

Türkiyə hüquq-mühafizə orqanları YPG və İŞİD-in məsul şəxslərini saxlayıb - YENİLƏNİB

YPG terror təşkilatının məsul şəxslərindən biri olan M.E.H Türkiyənin Tekirdağ şəhərində saxlanılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Onun kod adının “Leyd” olduğu bildirilir.

Məlumata görə, İstanbuldan Tekirdağa gələrək buradakı fabriklərdən birində işə düzələn terrorçu hüquq-mühafizə orqanları tərəfindən bir neçə gün izlənilib.

O, saxlanıldıqdan sonra həbs olunub.

18:58

Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyanın “Barış Pınarı” bölgəsində yeni əməliyyat keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 2 məsul şəxsi ələ keçirilib.

Onlar "Abu Bekir El Kureyşi" kod adlı Ziyad El Hacci və "Abu El Bera" kod adlı Musa Muhammed El Habibdirlər.

Qeyd olunub ki, Z.E.Hacci qruplaşmanın Dəməşqdəki fəaliyyəti üzrə maliyyə işləri ilə məşğul olub.