Hindistanda altı nəfərdən ibarət ailə toyda yanaraq ölüb

Hindistanda altı nəfərdən ibarət ailə toyda yanaraq ölüb

Hindistanda bir ailə toyda baş verən yanğında yanaraq ölüb.

APA xəbər verir ki, bu barədə "News9Live" məlumat yayıb.

Faciə aprelin 25-də Biharın Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib.

Qonaqların yerləşdiyi çadır atəşfəşanlıq nəticəsində yanıb.

Alovdan qaz balonunun partlaması yanğını daha da gücləndirilmsəinə səbəb olub.

Yanğınsöndürənlərin səyinə baxmayaraq, 6 nəfəri xilas etmək mümkün olmayıb.

Onların hamısı eyni ailənin üzvləri idi.