Jelka Tsviyanoviç: Dünyadakı qarşıdurmalara baxmayaraq biz qarşıda olan hədəflərimizə çatmalıyıq

Jelka Tsviyanoviç: Dünyadakı qarşıdurmalara baxmayaraq biz qarşıda olan hədəflərimizə çatmalıyıq

Dünyadakı qarşıdurmalara baxmayaraq biz qarşıda olan hədəflərimizə çatmalıyıq.

"Birxeber.Az" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç (Zeljka Cvijanovic) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dünyada birtərəflilik hökm sürür:

"Biz görürürk ki, çoxtərəflilik yox səviyyəsindədir. Biz boşluqları doldurmaq üçün real siyasət üçün səy göstərməliyik. Beynəlxalq münasibətlər bizim öz bacarıqlarımızı və vərdişlərimizi genişləndirməli, gələcək üçün yeni üfüqlər açmalı olduğumuza dəlalət edir. BMT-dən başlayaraq biz güclərimizi birləşdirməli və səylərimizi artırmalıyıq".