Oğuz, Zaqatala və Göyçayda vətəndaşlar odlu silahları könüllü təhvil veriblər

Oğuz, Zaqatala və Göyçayda vətəndaşlar odlu silahları könüllü təhvil veriblər

Qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Oğuz, Zaqatala və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində vətəndaşlar ümumilikdə 4 odlu silahı könüllü təhvil veriblər.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı isə rayon sakinindən qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi götürülüb.